Ərdoğanın namizədliyi ilə bağlı müxalifətin iddialarına – CAVABbackend

Ərdoğanın namizədliyi ilə bağlı müxalifətin iddialarına - CAVAB

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ müxalifətin Prezident Rəcəb Tayyib Ərdoğanın prezidentliyə üçüncü dəfə namizədliyinin qanuni olmaması ilə bağlı iddialarına cavab verib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bozdağ Ərdoğanın namizədliyinin qanuni olduğunu deyib:

“Bizim namizədimiz Prezident Ərdoğandır, onun namizədliyi qanunidir”.

Qeyd edək ki, Ərdoğan 2023-cü il seçkilərində Xalq Alyansının namizədi olduğunu açıqlayıb. Müxalifət tərəfi isə prezident Ərdoğanın üçüncü dəfə namizəd olmasının qanuni olmadığını, ancaq növbədənkənar seçkilərə qərar verəcəyi təqdirdə namizəd ola biləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*