“Ərəb kralı hər il 20 milyard qazanır, müsəlmanlar acından ölür” – Nadir Qafarzadəbackend

“Ərəb kralı hər il 20 milyard qazanır, müsəlmanlar acından ölür” - Nadir Qafarzadə

Müğənni Nadiq Qafarzadənin zəvvarlarla bağlı paylaşımı müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, sosial şəbəkədə paylaşım edən ifaçı Həcc ziyarətinə gedənləri qınayıb: “Allah qəbul etsin! Amma olmaz ki, o qədər pul ödəyib getməkdənsə, həmin pulları buradakı ehtiyacı olanlara, xəstələrə, kasıb ailələrə verək? Ərəb kralı hər il 20 milyard pul qazanır. 7 dollara daş satır ki, şeytana ataq, eyni daşı hərləyib-fırladıb başqasına satırlar. 100 dollara qoyun alıb qurban kəsirlər, amma dünyada yaşayan müsəlmanlar (bəziləri) yenə də aclıqdan ölürlər. Qoyunun ətindən, yunundan, dərisindən satıb biznes qurublar. Həmin pullarla ərəb şeyxləri kef çəkib yaşayırlar. Yenə də Allah bilən məsləhətdir.

Yeri gəlmişkən, Qurban bayramınız mübarək! Allah imkansızlara və məzlumlara kömək olsun! Savabın məkanı yoxdur. Hər yerdə savab qazanmaq olar! Müqəddəs ziyarətgahları biznes obyektlərinə çevirməyək”.

Qeyd edək ki, ifaçının paylaşımı birmənalı qarşılanmadığı üçün səhifəsindən silib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*