Futbol üzrə Səudiyyə Ərəbistanı millisinin italiyalı baş məşqçisi Roberto Mançini istefaya göndərilib. Ərəblər bunu komandanın zəif çıxışı ilə əlaqələndirib.
KONKRET.az xəbər verir ki, vaxtından əvvəl istefaya göndərilən Mançiniyə müqavilənin şərtlərinə uyğun olaraq 30 milyon avro təzminat ödəniləcək. Xatırladaq ki, Mançini Səudiyyə Ərəbistanı millisinə 2023-cü ildən başçılıq edirdi Onun rəhbərliyi altında komanda 18 oyunda 7 qələbə qazanıb, 5 heç-heçə edib,6 matçda uduzub.
Vəli Həsənoğlu,
KONKRET.az