Si Cinpin Trampı TƏHDİD ETDİ: ABŞ və Çin arasında qarşıdurma olacaqbackend

Si Cinpin Trampı TƏHDİD ETDİ: ABŞ və Çin arasında qarşıdurma olacaq

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla görüşü zamanı Tayvan məsələsinə toxunaraq xəbərdarlıq edib. O bildirib ki, əgər Tayvanla “yanlış davranılsa”, bu, Çin və ABŞ arasında qarşıdurma və hətta münaqişəyə səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, Si Cinpin bildirib ki, belə bir vəziyyət iki ölkə arasındakı münasibətləri ciddi təhlükə altına qoyacaq.

Çin liderinin sözlərinə görə, Pekin “vahid Çin” prinsipini əsas məsələ hesab edir və Tayvanın müstəqilliyi istiqamətində atılan addımlara qarşı çıxır.

ABŞ və Çin arasında Tayvan məsələsi uzun illərdir iki ölkə münasibətlərində əsas gərginlik mövzularından biri olaraq qalır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*