Erməni deputat Arman Babacanyan Maryam Kirakosyana təcavüz edib – VİDEObackend

Erməni deputat Arman Babacanyan Maryam Kirakosyana təcavüz edib - VİDEO

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Maryam Kirakosyan Milli Məclisin deputatı Arman Babajanyanın ona cinsi təcavüz etdiyini bildirib. Maryam Kirakosyanın açıqlamasından sonra millət vəkili Arman Babacanyan özünün Facebook səhifəsində vurğulayıb ki, qadın onun haqqında iftira dolu məlumatlar danışır.

 

O, Köçəryan tərəfdarlarının bu kimi üsullardan istifadə edilməsini qəbuledilməz hesab edib. “Siyasi mübarizədə belə hallara yol vermək qətiyyən düzgün deyil”, – deyə o bildirib.

Erməni deputat deyib ki, “Siyasi rəqiblərimi lənətləmədən çox təsirli şəkildə mübarizə aparıram. Geniş şərhə də ehtiyacım duymuram, çünki sabahkı tarixi iclasa hazırlaşıram, amma əlbəttə ki, mənim adımdan yayılan cəfəngiyyat informasiyalara görə üzr istəməyə hazırlaşmıram. ”

Maryam Kirakosyan isə deputatın yalan danışdığını və təcavüzü sübut edən faktları videomüraciətdə təqdim edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*