Erməni deputat: “Ermənilər razılıq edir”backend

Erməni deputat: "Ermənilər razılıq edir"

Ermənistanın Tavuş rayonunun Kirants kəndinin sakinləri Azərbaycanla dəqiq sərhədin olmasından razıdırlar.

KONKRET.az xəbər verir ki, sakinlərə görə, gərək bu proses 30 il bundan qabaq həyata keçirilərdi.

“Əslində bu işlər 20-25 il ərzində görülməli idi. Belə olsaydı, bizdə vəziyyət belə olmayacaqdı. Kirantsa getdik, kəndi gəzdik, bir neçə nəfərlə görüşdük və onlarla söhbət etdik. Sakinlər öz işləri ilə məşğul idilər, tarlalarda idilər, heç bir şikayət, mənfi əhval-ruhiyyə və ya başqa neqativ emosiyalar yox idi. Sakinlər hər şeyi öz gözləri ilə görür, anlayırlar ki, küçə müxalifətinin dedikləri yalan və saxtakarlıqdır”, – deyə Zeynalyan əmin edib.

Onun sözlərinə görə, Kirants kəndinin sakinləri sərhədlərin müəyyən edilməsindən razıdırlar. “Onlar sevinirlər ki, sərhəd artıq aydındır, onlar üçün məqbuldur ki, xəttin bu tərəfi Ermənistan, o biri tərəfi isə Ermənistan deyil.

Gedin görün bizim sərhədimiz nədir. Nə nəzərdə tutulurdusa, tikilir, tikanlı məftillər, dirəklər var, yolun bu hissəsində divar hörüləcək”, – deyə deputat bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*