Erməni ekspert: “Azərbaycan heç vaxt Dağlıq Qarabağla masa arxasında oturmaz”backend

Erməni ekspert: “Azərbaycan heç vaxt Dağlıq Qarabağla masa arxasında oturmaz”

Azərbaycan Qarabağın (qondarma rejim-red.) danışıqlar masasına əyləşməsinə icazə verməz”.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, türkoloq Ruben Safrastyanın keçirdiyi mətbuat konfransında səsləndirilib.

Onun sözlərinə görə, Ermənistan hadisələrin bu yöndə inkişafı üçün iş aparmalıdır, lakin həmin planın həyata keçirilməsi olduqca çətindir və hətta mümkün deyil.

Ruben Safrastyan rəsmi İrəvanın xarici siyasətdə yalnız özünə, xüsusilə də Silahlı qüvvələrinə və diplomatiyaya arxalanmalı olduğunu söyləyib.

“Bu iki element Azərbaycanın fəaliyyətinə qarşı işə salınmalıdır. Hansısa beynəlxalq qurumun, məsələn, ATƏT-in Minsk qrupunun bizim (Ermənistanın –red.) problemləri həll edəcəyinə ümid bəsləməyə dəyməz. Ermənistanın fəaliyyəti Azərbaycanın simasında konkret ünvana qarşı yönəlməlidir. Ona görə də sərhəddəki hər bir əsgər dövlət üçün önəm kəsb edir”,-deyə erməni türkoloq vurğulayıb.

Ruben Safrastyan hərbi münaqişənin kəskinləşməsi üçün bir sıra faktorları sadalayıb.

O, bu məsəldə ən çox Rəcəp Tayyip Ərdoğanın simasında Türkiyədən çəkindiklərini bildirib.

“Ərdoğan bəzən ümumi siyasətdən kənara çıxan və daha çox situasiyaya uyğun azularla bağlı gedişlər edir”,-deyə erməni alim vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*