Erməni əsilli stendapçı Rusiyanın “qara siyahı”sına DÜŞDÜ – VİDEO backend

Erməni əsilli stendapçı Rusiyanın "qara siyahı"sına DÜŞDÜ - VİDEO 

Erməni əsilli rusiyalı stendapçı Qarik Ohanesyan Rusiyanın “qara siyahı”sına düşüb. 

KONKRET.az xəbər verir ki, tanınmış rusiyalı stendapçılar Aleksandr Dolqopolov və erməni əsilli Qarik Ohanesyan Rusiyanın “qara siyahı”sına düşüb.

Belə ki, Berlində verdikləri konsert zamanı aktyorlar 2 gün əvvəl terror nəticəsində öldürülmüş Vladlen Tatarskini parodiya ediblər.

Onlar səhnədə Vladlen Tatarskiyə büst təqdimatına dair parodiyanın gülməli olacağını düşünürdülər.

Aktyorların bu “zarafat”ı Berlində tamaşaçı alqışları ilə müşayiət olunub.

Sosial şəbəkə istifadəçiləri bu hadisədən şoka düşüblər. Onlar stendapçıların hərəkətini insanlıqdan kənar adlandırıblar.

Qeyd edək ki, hazırda komediyaçılar Rusiyada yaşamırlar. Onlar haqqında qanuni qaydada tədbir görüləcəyi istisna edilmir.

İstintaq Komitəsinin rəhbərindən komediya aktyorlarının fəaliyyətini yoxlamaq istənilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*