Erməni əsirlərin yaxınları Rusiyanın Gümrüdəki konsulluğu yaxınlığında etiraz aksiyası keçirib.
KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar yaxınlarının azadlığa buraxılması üçün tədbir görülməsini tələb ediblər.
Konsul Ruslan Kandaurov piketin beş iştirakçısını qəbul edib. O, tələbləri Rusiya səfiri Sergey Kopırkinə çatdıracağına söz verib.
Qeyd edək ki, hərbçilər 2020-ci il dekabrın 16-da üçtərəfli bəyanat imzalandıqdan sonra əsir götürülüb. Onların bəziləri artıq evlərinə qayıdıb.

İqbal Rzayev,
KONKRET.az
