“Erməni genosidi” ermənilərin sonunu gətirəcək – VİDEObackend

"Erməni genosidi" ermənilərin sonunu gətirəcək - VİDEO

106 il əvvəl I Dünya Müharibəsinin iştirakçısı olan Osmanlı Türkiyəsi Balkanlar və Yaxın Şərqdən əlavə, iki Cəbhədə – Qərbdə ingilis, fransız və onlara qoşulan yunanlar, Şərqdə isə Çar Rusiyasının hücumlarına qarşı ağır döyüşlər apardığı məqamda, 1915-ci ilin fevralında o vaxtlara qədər Osmanlı sarayında “Millati- Saddiqa” (etibarlı millət) kimi tanınan erməni vətəndaşlarının xəyanəti ilə qarşı-qarşıya qaldı. Hələ 1914-cü ilin payızında Tiflisə səfər edən Rusiya imperatoru II Nikolay ilə görüşdə erməni katolikosunun vəd etdiyi dəstək çərçivəsində etnik ermənilərdən (Osmanlı və Rusiya ərazisində, habelə Erməni Kilsəsinin çağırışı ilə ABŞ və Fransada yaşayan ermənilər) ibarət 80-100 min nəfərlik nizami ordu birləşmələri Osmanlı dövlətinə qarşı açıq döyüşlərə girdi. 1918-ci il daşnak Ermənistan hökumətinin baş naziri Hovhanes Kaçaznuni həmin hadisəni bu cür qiymətləndirəcəkdir: “Biz I Dünya Müharibəsinə tərəflərdən biri kimi qoşulduq”. Yeri gəlmişkən, daşnak hökuməti bu tarixi faktlara söykənərək Serv müqaviləsində əlavə ərazilərə iddia edir, özünü qalib ANTANTA-nın tərkib hissəsi kimi aparırdı. Sonralar Ermənistanda daşnak hökuməti mühacirətdə olarkən, 1923-cü ildə Rumıniyanın Konstantsa şəhərində daşnakların növbədənkənar qurultayına hesabat məruzsəində həmin Kaçaznuni Fransa, İngiltərə, həmçinin, hələ 1918-ci ildə müharibədən çıxdığını bəyan edən Sovet Rusiyasını “erməni xalqını aldatmaqda” ittiham edirdi. Dro, Njde, Andranik və onlarla erməni polkovnik-generalları rəhbərlik etdikləri ordu birləşmələrinin gücü ilə ancaq 1915-ci ilin mart-iyun aylarında Türkiyənin şərqindəki 7 vilayətdə, sözün birbaşa mənasında, yerli müsəlman əhalini- tükləri və kürdləri qan gölündə boğmaq üçün hərəkətə keçmişdilər. Bu günkü Makron Fransası və Putin Rusiyası ermənilər üçün şirnikdirici vəd vermişdi: Boşaldılan 7 vilayətdə erməni dövləti qurulacaq! Hətta 1915-ci il may ayının ortalarında onlar yerli əhalidən təmizlənmiş (30 il əvvəl Azərbaycanda etdikləri kimi) Van vilayətində o dövləti elan etməyi da bacardılar.

Məhz belə bir vaxtda, 1915-ci ilin mart ayında Osmanlı dövləti erməni millətindən olan vətəndaşların imperiyanın içərilərinə, birinci növbədə, Mesapatomiyaya deportasiya edilməsi ilə bağlı qərar verdi, İstanbuldakı siyasi erməni dərnəkləri bağlandı, separatizmi alovlandıran erməni ziyalıları həbs edildi. Konstantinapoldakı erməni kilsəsi 1915-ci il aprelin 18-də ABŞ prezidenti Vilsona Türkiyədə ermənilərin soyqırıma məruz qoyacaq addımlar atılması ilə bağlı teleqram göndərdi. Fransalı tədqiqatçı Jorj de-Malivil “erməni genosidinin” niyə 24 aprel olaraq göstərildiyini belə əsaslandırır: “Katolikosun ABŞ prezidenti Vilsona göndərdiyi teleqram Ağ Ev-in dəftərxanasında 1915-ci il aprel ayının 24-də qeydiyyatdan keçdi”.

İlk dəfə “erməni genosidi” elə Sevr müqaviləsinin imzalanması ərəfəsində, ermənilər tərəfindən səsləndi və qəribədir ki, o zaman erməni tərəfi 70 min erməninin öldürülməsini iddia edirdilər.

Sonra həmin məsələ 1965-ci ilin əvvəllərində Sovet İttifaqı tərəfindən gündəmə gətirildi: NATO Türkiyəsinə təzyiq vasitəsi üçün. Daha sonra elə NATO üzvü olan “müttəfiq” dövlətlər “erməni genosidi” məsələsini ən münasib silah şəklində işlətməyə başladılar.

Və həmin silahdan sonuncu atəşi isə hələlik ABŞ prezidenti Co Bayden açmış oldu.

Türkiyə Prezidenti sayın Ərdoğan bu gün Baydenin şəxsində “müttəfiq” dövlətlərə səsləndi…!

Firuz Kazımoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*