“Bakıdakı Şirvanşahlar Sarayı da İrana məxsusdur”.
KONKRET.az xəbər verir ki, bunu daim İran yönümlü və qərəzli anti-Azərbaycan çıxışları ilə tanınan erməni ekspert Vardan Voskanyan öz Facebook səhifəsində yazıb.
O, İrəvanda qədim Azərbaycan məscidi olan “Göy məscid”in guya İrana məxsus olduğunu iddia edib.
“Bakının bəzi rəsmiləri yenidən coşublar ki, İrəvandakı Göy məscid guya İrana deyil, Azərbaycana məxsusdur. Buna əsas bəhanə isə sözügedən məscidi tikdirən İrəvan xanının türk əsilli olması və o dövrdə şəhərin müsəlman əhalisinin bir çoxunun türkdilli olmasıdır.
Nə İrəvan xanının, nə də müsəlmanların onların azərbaycanlı elan ediləcəyini heç vaxt ağlına belə gətirmədiyini bir kənara qoysaq belə, ən gülməlisi odur ki, məhz bu “arqumentlərə” görə məlum olur ki, Bakıdakı Şirvanşahların saray kompleksi bütün tikililəri, o cümlədən məscidləri ilə Azərbaycanın deyil. Çünki Şirvanşahlar tamamilə farslaşmaya məruz qalmış ərəb mənşəli bir sülalə idi və o dövrdə şəhərin müsəlman əhalisi sırf Qafqaz farsları (tatlar) idi.
Deməli, eyni “məntiqə” görə, Bakıda adı çəkilən memarlıq kompleksi Azərbaycana deyil, İrana nəxsusdur”, – deyə Voskanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az