Erməni politoloq: “Sülh danışıqları prosesi uzandıqca, müharibə təhlükəsi artır”backend

Erməni politoloq: "Sülh danışıqları prosesi uzandıqca, müharibə təhlükəsi artır"

“Son günlər baş verənlər göstərir ki, yaxşı və pis xəbərlər var”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnazaryan yazıb.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanması prosesi bir qədər səngiyib.

Hətta əks istiqamətdə inkişaf edir. Səbəblər hələ ki, dəqiq məlum deyil. Amma məndə belə təəssürat var ki, Rusiya tərəfinin bu məsələyə müdaxiləsi həlledici olub. Əliyevin iki gün əvvəl səsləndirdiyi bəyanatlar da buna sübutdur.

Sülh müqaviləsi imzalanmadıqca, bu və ya digər şəkildə son günlərdə baş verənlər yaxşı və pis xəbərlərin olduğunu göstərir.

Yaxşı xəbər budur ki, Ermənistanın daha bir kapitulyasiyası təxirə salınır. Əgər biz xalq olaraq düzgün davranış nümayiş etdirsək, onu ləğv etmək olar. Pis xəbər odur ki, müharibə təhlükəsi yenidən artır”, – deyə Melik-Şahnazaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*