Erməni qadın Paşinyana ÇƏTİR ATDIbackend

Erməni qadın Paşinyana ÇƏTİR ATDI

Paşinyana çətir atıblar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Hadisə Vayots Dzor mərzində (Dərələyəz mahalı – red.) baş verib.

Nikol Paşinyana erməni qadın çətir atıb. Qadın həbs edilib.

“Hazırda qadın İstintaq Komitəsindədir”, – Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Ermənistanın Baş nazirinə çətir atan qadına qarşı cinayət işinin başlanması məsələsi müzakirə olunur.

Məlumata görə, o, hansısa məmurun qanuni rəsmi və ya siyasi fəaliyyətinə müdaxilədə ittiham olunur.

Qeyd edək ki, Paşinyan bu gün səhər saatlarından Vayots Dzorda işgüzar səfərdə olub.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*