Gümrüdə evdə hərbi hissələrdən birinin orkestrində xidmət edən erməni zabitin asılmış meyiti tapılıb. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, Samvel Garnikoviç Mejlumyanın ölüm səbəbləri hələ məlum deyil. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz Facebook səhifəsində zabitin ailəsinə dərin hüznlə başsağlığı verib.
