Ermənilər hökumət binası qarşısında ayağa qalxdı: Bizə qarşı “terror” başlayıb – VİDEObackend

Ermənilər hökumət binası qarşısında ayağa qalxdı: Bizə qarşı "terror" başlayıb - VİDEO

Ermənistan hökumətinin binası yaxınlığında sahibkarlıq subyektlərinin nümayəndələri növbəti etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, aksiya iştirakçıları dövriyyə vergisinin dəyişdirilməsinə etiraz edirlər.

Etirazçılar yanvarın 1-dən qüvvəyə minən dəyişikliyin onların vergi yükünü dəfələrlə artırdığını, ciddi problemlər yaratdığını bildirirlər.

Qeyd edək ki, Ermənistanda dövriyyə vergisi 5%-dən 10%-ə yüksəlib.

“Bizə heç bir müsbət cavab verilməyib. Xahişim o idi ki, vergi dəyişikliyi 6 ay təxirə salınsın və insanlar rahat işləuə bilsin. Onlar imtina etdilər və millətə qarşı vergi terroru başladı. Biz vergi ödəməyə hazırıq, amma bunu asanlaşdırsınlar”, – deyə etirazçılardan biri vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*