TƏCİLİ Azərbaycanda 3 uşaqlı ailələrə müavinət verilə bilərbackend

TƏCİLİ Azərbaycanda 3 uşaqlı ailələrə müavinət verilə bilər

Azərbaycanda sırf 3 uşaqlı ailə statusuna görə ayrıca aylıq “uşaq pulu” hazırda nəzərdə tutulmur. Bununla belə, ilin sonunadək 3 uşaqlı ailələr üçün yeni müavinətin tətbiqi hüquqi baxımdan mümkün olsa da, hazırda bununla bağlı rəsmi şəkildə qəbul edilmiş qərar yoxdur.

Bunu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında bildirib.

Banklar bizi necə tanıyır? – Hansı məlumatlar toplanır və təhlil olunur? – - Medianews.az

Professorun sözlərinə görə, 2026-cı ilin sonunadək 3 uşaqlı ailələr üçün yeni ödənişin tətbiqi ilə bağlı qərar qəbul edilərsə, bunun üçün müvafiq normativ-hüquqi baza yaradılmalıdır.

“Azərbaycanda demoqrafik vəziyyət qiymətləndirilərkən 3 uşaqlı ailələr üçün ayrıca müavinətin tətbiqi sosial-demoqrafik alət kimi nəzərdən keçirilə bilər. Son illərdə ölkədə doğum göstəricilərində azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ildə Azərbaycanda 112 620 uşaq doğulduğu halda, 2024-cü ildə bu göstərici 102 310 olub.

2026-cı ilin ilk 6 ayında isə Azərbaycanda 40 798 uşaq doğulub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 818 nəfər azdır. Əhalinin hər 1000 nəfərinə düşən doğum əmsalı da 9,0-dan 8,0-a enib. Eyni zamanda, ölüm əmsalı 5,8-dən 6,0-a yüksəlib”, – deyə Rəsmiyyə Sabir bildirib.

Professor hesab edir ki, doğum əmsalının azalması demoqrafik siyasətin yalnız ailələrə sosial yardım məsələsi kimi deyil, həm də əhalinin təkrar istehsalı baxımından nəzərdən keçirilməsini zəruri edir.

“Dövlət doğumu stimullaşdırmaq məqsədilə 3 uşaqlı ailələr üçün yeni müavinət tətbiq edə bilər. 2024-cü ildə doğum sırasına görə üçüncü uşaqların sayının 16 733 olduğu bildirilir. Bu göstərici belə bir sosial dəstək mexanizminin əhatə dairəsinin nisbətən məhdud ola biləcəyini göstərir.

Demoqrafik proseslərdə baş verən dəyişikliklər yaxın gələcəkdə demoqrafik yükü artıra bilər. Əhalinin tərkibində pensiya yaşında olanların payının artması, gənc əhalinin payının isə azalması sosial təminat sistemi üçün əlavə yük yaradacaq”, – deyə professor vurğulayıb.

Rəsmiyyə Sabir qeyd edib ki, 3 uşaqlı ailələrə veriləcək dəstək həm sosial, həm də demoqrafik siyasət aləti kimi qiymətləndirilə bilər. Onun fikrincə, 3 və daha çox uşağı olan ailələr üçün ailə kapitalı mexanizminin formalaşdırılması da məqsədəuyğun olardı.

Aynurə İsmayıl
KONKRET.az

  • Aytac
    Sentyabr 3, 2026 - 23:57

    3 uşağım var yoldaşım usta işləyir bezen is olur bezen olmur uşaqların yemeyi geyinməyi bir adam qarşılaya bilmir bizim kimi olan gencler ne etsinler?

  • Süleyman
    Sentyabr 8, 2026 - 06:43

    Salam 3 evladim var heç yerdə işləmirəm iş olsa gedirəm olmasa yox mənə kömək edin zəhmət olmasa

    • Səbinə
      Sentyabr 8, 2026 - 22:26

      3usaqli anayam heç yerdə işləmirəm .Quba rayon bagbanli qəsəbəsində qalıram .adım Səbinə Haciverdiyəva ailəm Haciverdiyev Səxavət

  • Vuqar
    Sentyabr 9, 2026 - 15:32

    Eger bu qanun qebul olunsaydi 2 evladim var 3cusude olardi maddi duruma gore 3 olmur

  • Asura
    Sentyabr 10, 2026 - 22:04

    Salam menim 3 uşağım var iş olsa işləməyə gedirəm yoldaşım fəhlə işləyir uşaq pulu versə çox sevinerik

  • Xeyale
    Sentyabr 13, 2026 - 20:55

    3 ovladim var bosanmisam vezyetimde agirdi 2 qizim bir oglum geleceyin esgerin boyudurem ozumde mecburi kocgunem qobu park 1 de yasayiram isiq su qaz ta odemekden gece ac yatiram su pulum 500 manati kecib hec bir yerden yardimim yoxdu

    • Айаз
      Sentyabr 22, 2026 - 14:57

      Allah komeynolsu

  • Ayaz
    Sentyabr 22, 2026 - 14:58

    Allah komeynolsu

  • Leyla Ağayeva
    Sentyabr 23, 2026 - 23:34

    Salam yoldaşım maşın ustasıdır 3usagim var uşagimin biri tək böyrəklidir ve hişburun xəstəsidir barsagi cödedir torba almağa çətinlik çəkirik maşın ustasıdi yoldaşım bilmir ailəsinə baxsın ya uşağlara.pul verilsə yaxşı olar

  • Leyla Ağayeva
    Sentyabr 23, 2026 - 23:36

    Salam yoldaşım maşın ustasıdır 3usagim var uşagimin biri tək böyrəklidir ve hişburun xəstəsidir barsagi cödedir torba almağa çətinlik çəkirik maşın ustasıdi yoldaşım bilmir ailəsinə baxsın ya uşağlara.pul verilsə yaxşı olar

  • Leyla Ağayeva
    Sentyabr 23, 2026 - 23:38

    Salam 3usaqli Anayam yoldaşım maşın ustasıdır 3usagim xəstədir tek böyrəklidir ve hişburun xəstəsidir barsagi cödedir torba alırıq gücümüz çatmır almağa bahadır yoldaşım bilmir ailəsinə baxsın ya uşağlara pul verilsə yaxşı olar kömək olar bize də

  • Aşura
    Sentyabr 27, 2026 - 21:32

    Üç usagli anayam böyük oğlum xəstədir heç bir işim yoxdur köməklik etseniz çox sevinerik

  • Ülviyyə
    Oktyabr 1, 2026 - 01:11

    Mənim 4 uşağım var boşanmışam vəziyyətim çox ağırdır

  • Namiq
    Oktyabr 9, 2026 - 16:51

    3 usaqli ailelere sosial muvaminet dusurmu ya yox

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*