Putin: Ermənistan Gümrüdəki Rusiya bazasına ehtiyac duymursa, çıxmağa hazırıqbackend

Putin: Ermənistan Gümrüdəki Rusiya bazasına ehtiyac duymursa, çıxmağa hazırıq

Əgər Ermənistan Gümrüdəki Rusiya hərbi bazasına ehtiyac duymadığını düşünürsə, Rusiya sabah oradan çıxmağa hazırdır.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Ermənistan buna hazırdır? Biz heç nəyi zorla qəbul etdirməyəcəyik”, – deyə Putin Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*