Xəzər dənizi geri çəkildi, yeni ada yarandıbackend

Xəzər dənizi geri çəkildi, yeni ada yarandı

Xəzər dənizində yeni ada yaranıb.

KONKRET.az xəbər verir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində Qazaxıstanın Manqistau vilayəti sahillərində yeni ada meydana çıxıb.

Məlumata görə, Rıbaçi adlandırılan yeni quru sahəsi Xəzərin şimal hissəsində, Svyatoy adasından təxminən 500 metr şərqdə yerləşir. Ada Manqistau vilayətinin Bautino kəndindən təxminən 30 kilometr məsafədədir.

Son 4-5 il ərzində Xəzərin şimal hissəsində suyun səviyyəsinin azalması nəticəsində yeni quru ərazilərinin formalaşması sürətlənib.

Belə ərazilər, xüsusilə Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayakşikkan və Dolğı adalarının ətrafında müşahidə olunur.

Qeyd olunur ki, Xəzərin bu hissəsində yaranan adalarda əsasən canavarlar məskunlaşıb. Ərazilərdə vəhşi qabanlara və porsuqlara da rast gəlinir. Sahil sularında və adaların ətrafında müxtəlif balıq və quş növləri yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*