Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildibackend

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi

2026-cı ildə Azərbaycanda vətəndaşların fərdi şəxsi hesablarındakı pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb. Yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün tələb olunan minimum pensiya kapitalının həddi isə 46 080 manat səviyyəsində saxlanılıb.

Bu günlərdə müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir. Bu kapital əsasən iki hissədən ibarət olur – əmək pensiyası kapitalı (sığorta hissəsi), əlavə kapital (təqaüdə çıxmaq üçün toplanan digər məbləğlər və ya könüllü ödənişlər).

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, vətəndaş pensiya yaşına çatdıqda onun əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı gələcək pensiya məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir:

“Hazırda pensiya kapitalı 144-ə bölünür və əldə olunan məbləğ vətəndaşın pensiyasının müəyyənləşdirilməsi üçün istifadə olunur. Eyni zamanda, minimum pensiya məbləğinə uyğun olaraq minimum pensiya kapitalı da müəyyənləşdirilir”.

Deputat bildirib ki, hazırda minimum pensiya 320 manatdır:

“Bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat təşkil edir. 25 il sığorta stajı olan və tələb olunan pensiya kapitalını toplayan vətəndaşlar əmək pensiyası almaq hüququ əldə edirlər. Azərbaycanda aparılan pensiya siyasəti çərçivəsində 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslərin də əmək pensiyası almaq hüququ əldə etməsi ilə bağlı imkan yaradılıb”.

Deputat pensiya kapitalı minimum həddən aşağı olan vətəndaşlarla bağlı fərqli yanaşmanın tətbiq edilməsini təklif edib:

“Bəzi hallarda vətəndaşın topladığı pensiya kapitalı minimum pensiya kapitalından az olur. Biz təklif edirik ki, belə məqamlarda diferensial yanaşma tətbiq edilsin. Minimum pensiya kapitalına yaxın məbləğ toplamış vətəndaşların pensiyası və ya onlara ediləcək ödənişlər müəyyənləşdirilərkən faktiki topladığı pensiya kapitalı da nəzərə alınsın”.

Vüqar Bayramov əlavə edib ki, ümumi qayda pensiya kapitalı əsasında pensiya məbləğinin müəyyənləşdirilməsinə əsaslanır. Minimum pensiya məbləğinin artırılması isə öz növbəsində minimum pensiya kapitalının məbləğinə də birbaşa təsir göstərir.

  • Mən.
    Avqust 13, 2026 - 16:33

    Milyonlar bu xebere sevindi….

  • Əhməd
    Avqust 13, 2026 - 16:49

    Mən tarixi – nadiri axıra kimi oxumuşam abcaq bu “şad xəbərdən” heç nə anlaya bilmədim.

    • Qulu
      Avqust 13, 2026 - 20:30

      Bunlarin butun isleri beledir

  • Ramil
    Avqust 13, 2026 - 17:24

    Salam mən pensiya kapitalından istifade etmek istəyirəm bu mumkundurmu

    • 88
      Avqust 13, 2026 - 22:55

      yox basini burax hele o inkisafa catmaq ucun almaniya ve diger olkelerden cerime novleri oyrenilir

  • Tahir
    Avqust 13, 2026 - 18:47

    Burda nə varki sevindirici?

  • Brawl
    Avqust 13, 2026 - 19:34

    Milyonlar e…. Pensiyaya çıxmamış nə qədər insan dünyasını dəyişir.

  • Brawl
    Avqust 13, 2026 - 19:35

    Milyonlar e…..

  • 88
    Avqust 13, 2026 - 22:57

    bizimkiler o inkisafa catmaq ucun yuxarida oturan melimlerin gozu tox olmalidir hele doymurlar cammatada nese olsun))!!xarici olkelerden ancaq yeni cerime novleri oyrenilir))))hecne gozlemeyin oxudum men tarixi nadir kitabinda ne yazilib bilmedim)))

  • Günəw
    Avqust 13, 2026 - 23:14

    Burda kimsə nəsə başa düşdü görəsən??

  • Vaqif
    Avqust 13, 2026 - 23:27

    Bu deputat ki var, onun dediklərini eşit, amma inanma, yönəlt “çoxmərtəbəliyə”

  • Ruslan
    Avqust 14, 2026 - 05:19

    Bir poxda eliyə bilmədilər nə poxa dərmandır e

  • @by_tural33
    Avqust 14, 2026 - 06:52

    Pensiya kapitalından istifadə məsələsi artıq illərdir müzakirə olunur. Amma vətəndaş bu kapitalı yığsa da, ondan real ehtiyac zamanı istifadə edə bilmir.
    Təklif edirəm ki, heç olmasa pensiya kapitalının müəyyən bir hissəsindən vətəndaşın mövcud kredit borclarının ödənilməsi üçün istifadə etməsinə imkan yaradılsın. Bu, həm borc yükünü azaldar, həm də insanların illərlə topladığı vəsaitin müəyyən hissəsindən real həyatda faydalanmasına şərait yaradardı.
    Əgər pensiya kapitalından tam istifadə mümkün deyilsə, heç olmasa onun bir hissəsinin kredit borclarına yönəldilməsi nəzərdən keçirilsin. Bu məsələ ilə bağlı artıq real və praktik bir həllin tətbiq olunmasının vaxtıdır

  • Fuad
    Avqust 15, 2026 - 00:34

    Əlilliyi olanların pensiyasini qaldirin 250 manatla Necə dolansin

  • Eldar
    Avqust 19, 2026 - 04:40

    Ay camaat,bu Rusiyaya aiddir ee, görmürsünüz şəkildəki arvad da əlində Rusiya pasportu tutub…😂😂😂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*