Moskvada anti-Azərbaycan aksiyalarında iştirak edən şəxslərin ADLARI – FOTObackend

Moskvada anti-Azərbaycan aksiyalarında iştirak edən şəxslərin ADLARI - FOTO

Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərinə qarşı təxribat xarakterli aksiyalar təşkil edən radikal “E. V. Limonovun Başqa Rusiyası” partiyasının fəallarının şəxsiyyəti müəyyənləşdirilib.

KONKRET.az xəbər verir ki, anti-Azərbaycan aksiyalarında iştirak edən şəxslər aşağıdakılardır:

Qleb Sergeyeviç Yejov (6 fevral 2006-cı il təvəllüdlü);

Danil Viçeslavoviç Şmalko (16 iyun 2001-ci il təvəllüdlü);

İvan Vladimiroviç Qubin (17 may 2007-ci il təvəllüdlü).

Qeyd olunur ki, bu şəxslərin adı ilk dəfə deyil ki, belə hallarda hallanır. Onların hər üçü həmçinin 2025-ci il avqustun 27-də Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun qarşısında keçirilmiş oxşar təxribat aksiyasından dərhal sonra Rusiya polisi tərəfindən saxlanılmışdı.

Xatırladaq ki, cari ilin avqustun 27-də Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında yenidən anti-Azərbaycan məzmunlu təxribat xarakterli plakatlar yerləşdirilmişdi. Sözügedən aksiyaya görə məsuliyyəti məhz limonovçu natsbollar öz üzərlərinə götürmüşdülər.

Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri kəskin şəkildə pisləyib. XİN bu cür addımları Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirməyə yönəlmiş cəhd və Rusiya KİV-lərində respublikamıza qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. Bakı Rusiya tərəfini hüquq-mühafizə organları vasitəsilə hərtərəfli təhqiqat aparmağa və gələcəkdə bu cür təxribatların qarşısının alınması üçün qəti tədbirlər görməyə çağırıb.

Siyasi şərhçilər isə iştirakçıların yaş həddinə diqqət çəkirlər. Belə ki, aksiyada iştirak edən şəxslərin yeniyetmə və gənclər olması (2006 və 2007-ci il təvəllüdlülərin olması) onların xarici siyasət hədəflərini özbaşına seçmədiyini göstərir. Mütəxəssislərin fikrincə, bu cür gənclər yalnız əlverişli və asanlıqla idarə olunan “küçə aləti”dir, real təşəbbüskarlar və sifarişçilər isə pərdə arxasında, o cümlədən müəyyən siyasi dairələrin kabinetlərində gizlənirlər. (Mənbə: Minval.az)

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*