Qarabağ erməniləri onları tək qoyanları ittiham edir.
KONKRET.az xəbər verir ki, bu gün səhər Ermənistan Parlamentində Xarici İşlər naziri Ararat Mirzoyanın Qarabağın statusu ilə bağlı dedikləri erməni cəmiyyətində səs-küy yaradıb.
“Hakimiyyət Qarabağın statusu ilə bağlı mandat almayıb” ifadəsi Qarabağda da geniş müzakirələrə səbəb olub. Qondarma qurumda çalışan Davit Babayan bildirib ki, Mirzoyan yanılır. Hakimiyyət Qarabağı qoruyub saxlamaq üçün erməni xalqından mandat alıb. Artıq bütün ümidlərini itirən separatçılar Ermənistan hakimiyyətini şantaj etməkdən də çəkinmir.
“Qarabağla bağlı Ermənistan Konstitusiyasında müddəalar var. Ona görə də onlar üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməlidirlər”.
Ermənistan hakimiyyəti isə separatçıların bu istəklərini gözlərində qoymağa hazırlaşır.
Vəli Həsənov
KONKRET.az
