Qarabağdakı qondarma qurumun “prezident”ini dəyişməyə çağırırlar.
KONKRET.az xəbər verir ki, bu barədə Qarabağdakı qondarma qurumun “partiya rəhbəri” Akop Akopyan Facebook səhifəsində yazıb.
“Mən işdən azad olunan “nazir”lərin, yeni təyin olunanların nə əleyhinə, nə də tərəfdarı idim. Amma bəllidir ki, biz “aşpaz”ı “prezident” və “nazir”lərdən ibarət olan, eyni sobada bişirilən, dadı və iyi onlarla eyni olan “pirojki”lərlə məşğuluq.
Dəyişən beynəlxalq münasibətlərdə yaranan situasiyadan çıxmaq üçün variantlar, real danışıqlar gündəmi, yeni maraqlar və imkanlar var. Bu reallıqda bütün qırmızı xətlər kəsilir və “Arsax”ı gözləyən təhlükəli gələcəyə işarə edir.
Dayanın! Bu gün, bu məqamda, “pirojki”ləri deyil, “aşpaz”ı dəyişdirin. Yalnız bu halda “dövlət”i və “vətən”i itirmək risklərindən qaçmaq mümkün olacaq”, – deyə Akopyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
