“Ermənilər rədd olub getdikdən sonra özümüz bütün məsələləri nəzarətə götürüb həll edəcəyik” – ÖZƏLbackend

“Ermənilər rədd olub getdikdən sonra özümüz bütün məsələləri nəzarətə götürüb həll edəcəyik” - ÖZƏL

Ermənilərin Laçının Zabux və Sus kəndlərində törətdikləri vəhşiliklər ara vermir. Mənfur düşmənin evlərlə yanaşı meşələri də yandırması və təbiətə böyük ziyan vurması onların iç üzünü ortaya qoyur. Bu həm də   Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşan erməni vandallarının ölkəmizə qarşı nifrətinin bariz nümunəsidir. Laçın səmasına qalxan Azərbaycan PUA-ları meşələrdə qəsdən törədilən yanğınlarla bağlı görüntüləri çəksə də, hələlik bunun qarşısının alınması istiqamətində addımlar atılmır və verilən vaxtın bitməsi gözlənilir. Elə öz vətəndaşları qarşısında şərt qoyan Ermənistan hökuməti də verdiyi sözü yerinə yetirmir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistan hökuməti öz evlərini yandıran vətəndaşlarına qarşı tədbir görməyəcək və heç kəs məsuliyyətə cəlb edilməyəcək: “Ermənistan niyə Azərbaycan ərazisindəki yanğınları söndürmək istəsin ki? Amma Azərbaycan tərəfi həmin ərazilərdə məskunlaşma həyata keçirəndən sonra, erməni vandalları tərəfindən törədilən yanğınları mütləq söndürəcək. Burada digər bir məqam ondan ibarətdir ki, biz erməni vandallarının törətdikləri bu vəhşiliyi dünya ictimaiyyətinə lazımı səviyyədə çatdıra bilmirik. Yanğın törədilən zaman həmin o terrorçulara qarşı zərbələr endirmək lazım idi. Amma bu, baş vermədi. Onların meşələrimizi yandırıb çıxıb getmələrini gözlədik. Bu isə qəbuledilməzdir”.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli əlavə edib ki, Azərbaycan tərəfi bu faktı siyasi-diplomatik müstəvidə anti-erməni təbliğatı kimi istifadə etməlidir və düşmənin iç üzünü dünya ictimaiyyətinə çatdırmalıdır: “Digər tərəfdən isə verdikləri sözü yerinə yetirməyəcəkləri təqdirdə erməni terrorçuların məskunlaşdığı ərazilərə, təbiətə qarşı cinayət törədilən həmin məskunlaşma obyektlərinə məhvedici cavab zərbələrinin veriləcəyi ilə bağlı  xəbərdarlıq etmək lazım idi. Bundan sonra bir erməni də qeyri-adekvat davranış sərgiləyə bilməzdi. Təəssüf ki, biz heç bir xəbərdarlıq etmədik və buna görə də ermənilər bu cür vandal hərəkətlərini davam etdirdilər. Amma önəmli olan odur ki, onlar bu ayın 25-də həmin ərazilərdən rədd olub getdikdən sonra, özümüz bütün məsələləri nəzarətə götürüb həll edəcəyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

  • Garachanta
    Avqust 19, 2022 - 16:45

    Biz indiyədək Azərbaycan torpaqlarına vurulmuş ziyana görə Ermənistandan təzminat da istəmirik…Niyə?
    Bax bunun nəticəsidir ki meşələrimizi külə döndərdilər….Yenə də Xarici İşlər Nazirliyi və digər qurumlar passiv qaldılar…nə vaxta kimi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*