Ermənilərə ŞOK XƏBƏR: Ermənistan iki PKK terrorçusunu Türkiyəyə TƏHVİL VERDİbackend

Ermənilərə ŞOK XƏBƏR: Ermənistan iki PKK terrorçusunu Türkiyəyə TƏHVİL VERDİ

Ermənistan iki PKK terrorçusunu Türkiyəyə təhvil verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı Qaxam Manukyan məlumat verib.

O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Kürdüstan Fəhlə Partiyasının iki terrorçusunu saxlayıb Türkiyə kəşfiyyatı “MİT”ə təhvil verməsi barədə şok məlumat yayıb.

Kürd döyüşçülərin adları Atila Çiçək və Hüseyn Yıldırımdır.

“PKK həmişə Ermənistan və Qarabağın lehinə olduğu üçün bu, əslində görünməmiş bir hadisədir.

PKK lideri Abdullah Öcalan isə dəfələrlə “erməni soyqırımı”nın tanınmasını müdafiə edib”, – deyə ermənilər şoka düşüblər.

Məlumata görə, Türkiyə kəşfiyyatı xüsusi əməliyyat nəticəsində kürd terrorçularının həbs edildiyini bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*