Ermənilərin vəziyyəti artıq rusca yox, “fransuzski”dir – ŞƏRHbackend

Ermənilərin vəziyyəti artıq rusca yox, “fransuzski”dir - ŞƏRH

Surxay Atakişiyev

Deyir “Cəhənnəmə gedən qardaşını çox istəyir”. Eynən ermənilər kimi. Çünki artıq ermənilərin cəhənnəmə gedən yolu  görünür. Di gəl ki, bu varlıqlar cəhənnəmə heç də tək getmət fikrində deyillər. Özləri ilə çox sayda tərəfdaşlarını da yığıb aparmaq istəyirlər. Olsun, bizlərə xoş. Amma bu qədər şərəfsizin yolasalma mərasimini ermənilər Azərbaycan xalqının, Azərbaycan dövlətinin hesabına etmək istəyir. Bu məqsədlə, gecə -gündüz digər xalqlara əvvəl yalvarır sonra isə şantaj edir, hədə qorxu gəlirlər. Bütün hallarda isə nəticə və zaman bizim xeyrimizə işləyir.

Beləcə, ermənilər həm də özlərini dünyaya tanıdırlar. Və dünya dövlətləri, xalqları erməniləri tanıdıqca yavaş-yavaş onlardan üz döndərirlər. Tək bir faktı deyim. Tarix boyu ermənilərə atalıq edən, onlara qanad gərən ruslar artıq ermənilərdən bezib, üz çevirir. Bu, o Rusiyadır ki, Suriyadan, Livandan, İrandan son 200 ildə erməniləri daşıyıb gətirib Türkiyə ilə Azərbaycan arasına pərçimlədi, onlara tarixdə ilk dəfə Ermənistan dövləti yaratmaq fürsəti verdi.

Bütün bunlardan sonra isə ermənilər rusların qapısında yatmaq əvəzinə onlara türklər demiş “qafa tutdular”. Bu gün bütün dünya erməniləri Rusiyanı xəyanətdə günahlandırırlar. İkinci Qarabağ savaşındakı məğlubiyyətə görə Moskvanı ittiham edirlər. Açıq şəkildə deyirlər ki, ruslar gəlib ermənilərin əvəzindən Azərbaycana qarşı vuruşmalı idilər. Həyasızcasına deyirlər ki, “Ey, Rusiya! Biz sənə görə Azərbaycan və Türkiyəylə düşmən olmuşuq”.

Bu isə əsl erməni sifətidir. Çünki bu cür tərbiyəsizliyi  ancaq ermənilər edə bilər. 200 il  Rusiyanın süfrəsinin qırıntısıyla dolan, onun hesabına qədim Azərbaycan torpaqlarında  dövlət yarat, sonra da de ki, “sən xəyanətkarsan”.

Təbii ki, dünya dəyişir, düşüncələr yeniləşir. İrəli getmak, dünyada güc olaraq var olmaq istəyən dövlətlər artıq ətrafına başqa cür baxır. Elə Rusiya da, 200 ildən sonra rus elitası başa düşdü ki, Böyük Rus dövlətinin qalıb, yaşaması indi daha çox Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlərdən asılıdır. Bir ovuc erməni üçün türklərlə ən azı münasibətləri pisləşdirməyə dəyməz. Bu gün ABŞ, Avropa dövlətləri, Çin, Yaponiya və digər güclər Rusiyanın məhvinə, dağılmasına çalışır. Bu vəziyyətdən isə Rusiyanı yaxın qonşuları xilas edə bilər. Bu həqiqəti Rusiyada və dünyadakı on minlərlə işıqlı rus ziyalısı çox gözəl görür və başa düşür.

Bu gün Rusiyanın ictimai fikrində müstəsna yer tutan, Sergey Markov, İqor Korotçenko, Maksim Şevçenko və digər yüzlərlə vətənpərvər ziyalı Moskvanı 200 illik səhv siyasətdən əl çəkməyə, türklərlə dost, strateji müttəfiq olmağa çağırır. Təbii ki, geosiyasi vəziyyət, siyasi reallıqlar və ictimai təzyiqlər artıq Moskvanın siyasi kursunun dəyişməsini zəruri edir.  Prezident Vladimir Putinin bu yaxınlarda “Biz kimlərinsə istəyi üçün öz milli maraqlarımızı təhlükə altına atmayacağıq” -deməsi də artıq Ermənistana son xəbərdarlıq idi.

Amma erməni ki, erməni. Deyir ki, “Səni sevəcəyəm, sən sevməsən də”. Gah ruslara yalvarırlar, gah da hədə qorxu gəlirlər. Deyirlər ki, “Bax, ha rus. Bizə atalıq etməsən, gedib Qərbdə özümüzə yeni atalar, qayınlar, yeznələr və bacanaqlar tapacağıq”.

Əslində bunu etməyə başlayıblar. Əlləri Rusiyadan üzülən Ermənistan son vaxtlar Fransanın ətəyindən yapışıb. Erməni gözəlçələr gecə-gündüz fransız gədələrinin burnundan girib, qulaqlarından çıxır. Deyirlər ki, hansı pozada deyirsiniz duraq, nə istəyirsiniz edək, təki “zavallı erməniləri” türklərin cəngindən qurtarın. Bilirsiniz də fransızların da türk kişilərindən çəkdikləri çox olub. Çünki fransız gözəlləri hər zaman xarizmatik kişi obrazında türkləri görüblər. Ona görə də həm kişi qısqanclığı, həm də erməni gözəlçələrinin əndamı fransızları yersiz və əhəmiyyətsiz addımlar atmağa vadar edir.

Necə ki, belə bir yanlış addımı Fransa Senatı  etdi. Dünən Senat Fransa hökumətini Qarabağın müstəqilliyini tanımağa çağıran qərar qəbul etdi. Qərarın bir bəndi xüsusi diqqət çəkdi. Senat Türkiyənin cəzalandırılmasın istəyir. Bax, bu yuxarıda dediyim məsələdir. Fransızların türklərə qarşı kişisəl nifrəti var. Amma senat üzvlərinin və ermənilərin sevinci dünən cəmi yarım saat çəkdi. Senatın qərarından həmən sonra Fransa Xarici İşlər Nazirliyi bəyanat verdi ki, Senatın tələbinin icrası hər iki tərəfin-Ermənistanın və Qarabağ ermənilərinin əleyhinə ola bilər.

Diqqət edin, “hər iki tərəf” deyəndə yalnız ermənilər nəzərdə tutulur. Yəni Senatın qərarı Azərbaycan üçün heç bir təhlükə yaratmır. Ən pis halda Bakını qıcıq edir. Vəssalam…

Rəsmi Bakı isə Senatın qərarını təmkin və soyuqqanlılıqla qarşıladı. Prezidentin köməkçisi Hikmət Hacıyevin “Senatın qərarı kağız parçasından başqa bir şey deyil” fikri İrəvan üzərində ildırım kimi çaxdı. Dünən gecə əksər erməni KİV-ləri Hikmət Hacıyevin sözlərini manşetə daşımışdı. Bu isə onu göstərir ki, artıq ermənilərin vəziyyəti rusca yox, “fransuzski”dir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*