Ermənipərəst Björn Söder partiyadan qovuldubackend

Ermənipərəst Björn Söder partiyadan qovuldu

Ermənipərəst Björn Söder İsveç Demokratlar Partiyasının İdarə Heyətindən qovulub.

KONKRET.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) İsveç təmsilçiliyindən Xəzərnews.az-a verilən məlumata görə, B.Şöder hər zaman ermənipərəst mövqeyi ilə seçilib. O, Ermənistan-İsveç parlamentlərarası Dostluq Qrupunun İsveç tərəfindən sədri olub.

B.Söder 22 il İsveç demokratlarının güc dairəsinə mənsub olub. Ona 2005-ci ildən bəri tutduğu partiya katibi vəzifəsindən əlavə qrup lideri vəzifəsi də həvalə olunmuşdu.

Xatırladaq ki, ATƏT PA-nın illik sessiyalarının birində ermənipərəst isveçli deputat B.Şoder Azərbaycana qarşı qətnamə layihələri ilə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*