Ermənistan Hindistandan özüyeriyən MArG haubitsaları alacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Tədqiqat Qanadının ixtisaslaşmış saytı məlumat yayıb. Məlumata görə, Ermənistan MArG haubitsalarını sifariş edib. İrəvan 70-dən 100-ə qədər haubitsa almağı düşünür. Erməni tərəfi hələlik məlumatı şərh etməyib.
Mətbuatın yazdığına görə, silah alınmazdan əvvəl ötən il Hindistana gedən Ermənistan nümayəndə heyəti haubitsaları sınaqdan keçirib. Lakin Ermənistanın rəsmi mənbələri bu barədə məlumat verməyib.
“Maşına quraşdırılmış MArG 155/39 haubitsa təxminən 40 gün ərzində Ermənistan rəsmilərinin iştirakı ilə yenidən sınaqdan keçirilib. Və müqavilə Ermənistan Ordusu tərəfindən müəyyən edilmiş bütün atəş standartlarına cavab verdikdən sonra müdafiə sərgisində möhürlənib”, – Hindistan Müdafiə Araşdırma Qanadı bildirib.
Ötən dəfə Ermənistanın müdafiə naziri Hindistan silahlarının DEFEXPO sərgisində iştirak edib. Səfər zamanı Suren Papikyan bu ölkənin müdafiə naziri ilə görüşüb.
Hindistan tərəfi təsdiq edir ki, Ermənistan üç model Pinakas sifariş edib.
Erməni 152 mm çaplı silahdan imtina edib. Müxtəlif müqavilə paketlərini nəzərə alsaq, 500 milyon dollara qədər silah alınmasından danışmaq olar.
Ermənistan hava hücumundan müdafiə sistemlərini də Dehlidən ala bilər.
Bu ilin əvvəlində Hindistan mətbuatı erməni tərəfinin Hindistan istehsalı olan MR-SAM orta mənzilli hava hücumundan müdafiə sistemlərini almağı nəzərdən keçirdiyini yazıb.
Dövri nəşrin yazdığına görə, Ermənistan ordusunun arsenalında olan Rusiya istehsalı olan S-125 Peçora hava hücumundan müdafiə sistemləri onlarla əvəz edilməlidir. Ermənistan tərəfi bu xəbərləri nə təkzib edir, nə də təsdiq edir.
Müdafiə Nazirliyi hələlik Hindistan mətbuatında hind haubitsalarının alınması ilə bağlı dərc olunan məlumatı şərh etməyib.
Özüyeriyən haubitsa, Hindistan Müdafiə Tədqiqat Qanadının ixtisaslaşmış veb saytına əsasən, 8 ay ərzində hazırlanıb və Hindistan Ordusu tərəfindən sınaqdan keçirilib.
Hindistan mənbələrinin məlumatına görə, haubitsa intensiv atəş altında 3 dəqiqə ərzində 10, sabit sürətlə 60 dəqiqə ərzində 42 atəş ata bilir.
Xuraman Etibarlı,
KONKRET.az
