“Ermənistan hökuməti Donald Trampın prezident seçilməsindən sonra ABŞ ilə strateji tərəfdaşlığa dair ikitərəfli danışıqları davam etdirməyə ümid edir”.
KONKRET.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, Amerika administrasiyasından asılı olmayaraq, ABŞ və Ermənistan arasında münasibətlərin institusional əsası var.
Hökumət rəsmisi əlavə edib ki, Ermənistan strateji dialoqdan strateji tərəfdaşlığa keçərək dövlətlərlə münasibətlərin səviyyəsini yaxşılaşdırmağa çalışacaq.
Məlik,
KONKRET.az