Türkiyə Ermənistan istiqamətində dəmir yolu infrastrukturunun bərpasına başlayır.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin sərhədyanı Akyaqa şəhərinin meri Ercan Toptaş məlumat verib.
Onun sözlərinə görə, Ermənistanın Gümrü şəhərinə uzanan dəmir yolu xəttinin bərpası üzrə işlərin 2-3 ay ərzində başa çatdırılması planlaşdırılır.
Layihə çərçivəsində tikinti işləri üçün rəsmi tender elan edilib. Plana əsasən, Akyaqa ilə Gümrü arasında torpaq yolunun çəkilməsi də nəzərdə tutulur.
Ercan Toptaş bildirib ki, dəmir yolu əlaqəsinin bərpası hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək, sənaye və kənd təsərrüfatı sahələrində yeni əməkdaşlıq imkanları yaradacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
