Fransa Prezidenti Emmanuel Makron meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
KONKRET.az xəbər verir ki, o, X sosial şəbəkəsində Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının paylaşımını yenidən yayımlayaraq, “Təşəkkürlər, Türkiyə!” sözlərini yazıb.
Bundan əvvəl İbrahim Yumaklı İspaniyadan sonra Türkiyəyə məxsus iki yanğınsöndürmə təyyarəsinin Fransada genişmiqyaslı meşə yanğınlarının söndürülməsi üçün yola salındığını açıqlamışdı.
Nazirin sözlərinə görə, Türkiyə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Avropa ölkələrinə dəstəyini davam etdirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
