Ermənistan-Azərbaycan münaqişəsi kəskinləşsə, İran bu addımları atacaq – FOTObackend

Ermənistan-Azərbaycan münaqişəsi kəskinləşsə, İran bu addımları atacaq - FOTO

İranın elektron resursları Ermənistanla Azərbaycan arasında yaranmış böhran kontekstində İranın hansı mümkün addımlar atacağı ilə bağlı qrafik mənzərəni yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə iranşünas Vardan Voskanyan telegram kanalında məlumat verib.

Voskanyan İran mediasının Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi halında İslam Respublikasının mümkün hərəkətlərinin qrafik təsvirini dərc edib:

▪️ hərbi təlimlərin keçirilməsi;
▪️ diplomatik kanallarla Bakıya xəbərdarlıq;
▪️ Ermənistanla ikitərəfli hərbi müqavilənin imzalanması;
▪️ PUA və raketlərlə məhdud döyüş əməliyyatları;
▪️ Ermənistan silahlı qüvvələrinə hərbi dəstək;
▪️ Logistika İran hərbi məsləhətçiləri tərəfindən təmin edilir.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*