“Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dialoqunun alternativi ancaq MÜHARİBƏDİR” – Surenyantsbackend

"Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dialoqunun alternativi ancaq MÜHARİBƏDİR" - Surenyants

“Qarabağ münaqişəsinin həlli üçün Rusiyanın mövqeyi əsas olmalıdır”. 

KONKRET.az xəbər verir ki, bunu “Demokratik Alternativ” partiyasının rəhbəri Suren Surenyants SputnikArmenia-ya deyib.

O bildirib ki, Aİ-nin Ermənistan və Azərbaycan arasında problemlərin, o cümlədən “Arsax”ın statusunun paket həlli ilə bağlı təklifi indiki mərhələdə təhlükəlidir.

“Erməni diplomatiyası Qarabağ nizamlanmasında Rusiyanın yanaşmasına əsaslanmaq üçün hər şeyi etməlidir. Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə dialoqunun alternativi yoxdur. Alternativ ancaq müharibədir”, – deyə politoloq sərsəmləyib.

O, Ermənistan-Azərbaycan münasibətlərində Rusiyanın “istəklərini” nəzərə almağı vacib sayır, çünki öz istəklərinə uyğundur.

“Xoşbəxtlikdən Ermənistan-Azərbaycan münasibətləri məsələsində Rusiyanın mövqeyi erməni maraqlarına daha yaxındır. Biz Rusiya diplomatiyasının verdiyi imkandan istifadə etməliyik”, – deyə Surenyants əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*