Ermənistan Baş nazirinin müavini: “Bakı və İrəvanın mövqeləri yaxınlaşıb”backend

Ermənistan Baş nazirinin müavini: "Bakı və İrəvanın mövqeləri yaxınlaşıb"

Bakı və İrəvanın mövqeləri yaxınlaşıb.

KONKRET.az xəbər verir ki, bunu TASS-a  Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

O bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların bloklanması üzrə işçi qrupu bir çox məsələlərdə, xüsusən də sərhəd və gömrük nəzarəti ilə bağlı İrəvan və Bakının mövqelərini yaxınlaşdıra bilib.

“Mən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli işçi qrupun fəaliyyətini konstruktiv hesab edirəm. Bu, şübhəsiz ki, çətin işdir, lakin qeyd etməliyəm ki, tərəflər bir çox sərhəd və gömrük nəzarəti, eləcə də Ermənistan və Azərbaycan ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçidi ilə bağlı mövqelərini yaxınlaşdıra biliblər”, – Qriqoryan vurğulayıb.

Ermənistan Baş nazirinin müavininin sözlərinə görə, ekspert alt qrupları hazırda avtomobil və dəmir yolu infrastrukturlarının bərpası və sonrakı istifadəsi ilə bağlı məsələlərin öyrənilməsini davam etdirirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*