Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı – Ermənistan MN-dən paylaşımbackend

Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı – Ermənistan MN-dən paylaşım

Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.

Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. /Qazet.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*