“Ermənistan əraziləri Türkiyə ilə Azərbaycan arasında bölünəcək” – Rusiyalı hərbi ekspertlə MÜSAHİBƏbackend

“Ermənistan əraziləri Türkiyə ilə Azərbaycan arasında bölünəcək” - Rusiyalı hərbi ekspertlə MÜSAHİBƏ

Rusiyalı hərbi ekspert Aleksandr Xramçixinin caliber.az-a müsahibə verib.

KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni təqdim edir.

– Aleksandr Anatolyeviç, sizcə, ABŞ hərbi müşavirinin Ermənistan Müdafiə Nazirliyində görünməsinin səbəbi nədir?

– Aydındır ki, bu, Ermənistanla ABŞ arasında davam edən yaxınlaşmanın bir hissəsi kimi baş verir.

– Amerikalı müşavir hansı funksiyanı yerinə yetirəcək?

– Bilmirəm. Görünür, o, əlaqələri təmin edəcək. NATO standartlarına keçid son dərəcə mürəkkəb və uzun bir prosesdir. Əslində, hətta bütün NATO üzvləri NATO standartlarına keçməyib.

– Aydındır ki, ABŞ-nin Ermənistandakı hərbi mövcudluğunu gücləndirmək İrəvanı Moskvadan qoparmaq məqsədi daşıyır. Vaşinqton bu vəzifənin öhdəsindən gələ bilərmi?

– Artıq Birləşmiş Ştatlar bunu etməyə böyük ölçüdə nail olub.

– Bəs niyə Ermənistan hələ də KTMT və AİB-dən çıxmaqla bağlı tərəddüd edir?

– Görünür, hələ bir az qorxuludur. Bundan əlavə, Ermənistan Rusiyaya paralel idxalla bağlı iş aparır.

– Sizcə, İrəvan bir müddət iki stulda otura biləcəkmi?

– Bilmirəm. Bununla bağlı dəqiq tarixləri proqnozlaşdırmaq asan deyil.

– Moskva vaxtaşırı xəbərdarlıq edir ki, Ukrayna ssenarisi Ermənistanın da başına gələ bilər…

– Ermənistan dövlətçiliyi süquta uğrayacaq.

– Rusiyanın nəzarətindən çıxsa, Ermənistanın aqibəti necə olacaq?

– Düşünürəm ki, bu ölkənin əraziləri Türkiyə ilə Azərbaycan arasında bölünəcək.

– Bu, necə mümkündür?

– Asanlıqla. Qərb istəsə belə Ermənistanı qoruya bilməyəcək.

– Sizcə, Ermənistanda insanlar bunu başa düşmürlər?

– Bunu ermənilərdən soruşmaq lazımdır. Qərbçilik çoxdan bir dinə çevrilib.

– Moskva Ermənistanın bu qədər asanlıqla əldən verə bilərmi?

– “Moskva buraxmayacaq” nə deməkdir?

– Axı Rusiyanın Ermənistana təsir alətləri var – siyasi, iqtisadi.

– Mən Ermənistanın siyasətini dəyişmək istiqamətində hər hansı tendensiya görmürəm.

– ABŞ-ın məhdud hərbi kontingenti artıq Ermənistanda, Zəngəzurda peyda olub. Ermənistanda tamhüquqlu Amerika hərbi bazalarının yaranmasına icazə veriləcəkmi?

– Amerikalılar ora getməyəcək, çox problemli yerdir.

– İrəvan konstitusiyanın dəyişdirilməsinə və Bakı ilə sülh müqaviləsinin imzalanmasına razı olacaqmı?

– Onların nə qədər oyun oynayacaqlarını söyləmək mənim üçün çətindir. Bu, görünür, bəzi daxili amillərlə müəyyən edilir. Onları mühakimə etmək mənim üçün çətindir.

– Rusiya hərbi bazası Gümrüdən çıxa bilərmi?

– Əlbəttə. İstənilən müqavilə ləğv edilə bilər.

Günel Mikayılova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*