2027-ci ildə yaşayış minimumu artır: Əhaliyə təsiri nə olacaq?backend

2027-ci ildə yaşayış minimumu artır: Əhaliyə təsiri nə olacaq?

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun 4,7 faiz artırılaraq 314 manata çatdırılması nəzərdə tutulur. Lakin ərzaq məhsullarından tutmuş kommunal xidmətlərə, dərman preparatlarından digər gündəlik tələbat mallarına qədər qiymət artımlarını nəzərə alsaq, bu məbləğin əhalinin real ehtiyaclarını qarşılamaq üçün kifayət edib-etməyəcəyi sual doğurur.

Maraqlıdır, yaşayış minimumunun artırılması vətəndaşların sosial vəziyyətinə nə dərəcədə təsir göstərəcək? 314 manatlıq göstərici mövcud iqtisadi reallıqlar fonunda əhalinin minimum tələbatını ödəməyə imkan verəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, yaşayış minimumunun artırılması ümumi əməkhaqqı və pensiyaların məbləğinə ciddi təsir göstərmir.

Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah

 “Bu, əsasən sosial yardım alanlara təsir edir. Hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manatdır. Gələn il onun da 430-440 manata çatdırılması gözlənilir. Ona görə də yaşayış minimumunun hesablanması daha çox sosial müavinət alan şəxslər üçün əhəmiyyət daşıyır. Ümumilikdə isə bu göstəricinin pensiyalara və əməkhaqlarına ciddi təsiri yoxdur”.

Beləliklə, yaşayış minimumunun artırılması sosial müdafiə sistemində müəyyən əhəmiyyət daşısa da, bu dəyişiklik əhalinin bütün təbəqələrinin gəlirlərində birbaşa artım demək deyil. Əsas məsələ isə qiymət artımları fonunda vətəndaşların real alıcılıq qabiliyyətinin qorunmasıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*