Ermənistan hakimiyyəti Türkiyə və Suriyaya yardım üçün 60 min dollar ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası Nazirlər Kabinetiinə istinadən xəbər verir. Bildirilir ki, Ermənistan Türkiyə və Suriyaya humanitar yardım üçün 23,4 milyon dram (60 min dollar) ayırıb. Nazirlər Kabineti bu qərarı aprelin 6-da keçirilən iclasında təsdiqləyib.
“Ermənistan hökuməti zərərçəkənləri ərzaq və məişət əşyaları ilə təmin edəcək ölkənin Fövqəladə Hallar Nazirliyinə vəsait göndərəcək”, – qərarda deyilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində episentri Kahramanmaraşda 7,8 və 7,7 bal gücündə iki zəlzələ baş verib,
Xuraman Etibarlı,
KONKRET.az
