Ermənistan Hindistan “zibillər”inə böyük pullar verir – Gizli məlumat ortaya çıxdıbackend

Ermənistan Hindistan "zibillər"inə böyük pullar verir - Gizli məlumat ortaya çıxdı

Ermənistanın hərbi yük daşımaları artıb. Altı ayda 39 reys edilib ki, onların 15-i Hindistanın payına düşüb.

KONKRET.az xəbər verir ki, məlumata görə, 2026-cı ilin ilk altı ayında Ermənistana hərbi təyinatlı yüklərin daşınması üçün istifadə oluna bilən hərbi və mülki yük təyyarələri ilə ümumilikdə 39 reys həyata keçirilib.

Belə ki, aprel–iyun aylarında Hindistandan Ermənistana hərbi yüklərin daşındığı reyslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb. Daşımaların Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus İl-76TD təyyarələri ilə və İranın hava məkanı üzərindən həyata keçirildiyi iddia olunur.

Məlumata əsasən, ilin əvvəlindən iyunun sonunadək Ermənistana həyata keçirilən 39 reysin 15-i Hindistandan, 13-ü Rusiyadan, 4-ü İrandan, 2-si Belçikadan, hərəyə biri isə Almaniya, BƏƏ və Niderlanddan olub. Bu reyslərdən 23-nün İranın hava məkanından keçdiyi bildirilir.

Qeyd edilir ki, bu məlumatlar “Minval.az”ın etibarlı mənbələrdən əldə etdiyi informasiyaya əsaslanır. Ermənistan tərəfi isə bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*