Ermənistan ombudsmanı Facebook-dan Monte Melkonyana görə izahat tələb edirbackend

Ermənistan ombudsmanı Facebook-dan Monte Melkonyana görə izahat tələb edir

Ermənistan ombudsmanı Facebook-dan xidmətin istifadəçilərinin “milli qəhrəman” Monte Melkonyan haqqında foto və nəşrlərə niyə blok qoyduğunu izah etməyi xahiş edir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Arman Tatoyanın ofisindən məlumat verilib. Beynəlxalq terrorçunu “qəhrəman” adlandıran ermənilər uşaq qatilinin şəkil və məlumatlarının silinməsini “söz azadlığına xələl gətirdiyini” deyirər.

Monteni erməni xalqı üçün “vətənpərvərlik və fədakarlıq simvoludur” kimi bütün dünyaya tanıtmaq istəsələr də, azərbaycanlıların onlara mane olduqlarını bildirirlər.

Bu barədə separatçı tör-töküntüsü Artak Beqlaryan da danışıb. O, bunu azərbaycanlı istifadəçilərin nəşrlərlə bağlı şikayətləri ilə əlaqələndirir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*