Ermənistan ordusunun ehtiyatda olan hərbçisi öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat erməni mətbuatında yayılıb.
Bildirilib ki, ehtiyatda olan 37 yaşlı sıravi əsgər Misak Petrosyan həmkarı tərəfindən güllələnib.
Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.
Günel Mikayılova,
KONKRET.az
