“Ermənistan öz qonşularına başağrısı gətirir, bundan əl çəkməliyik” – Vardan Artunyanbackend

“Ermənistan öz qonşularına başağrısı gətirir, bundan əl çəkməliyik” - Vardan Artunyan

“Rəsmi Bakı Qarabağ ermənilərinin geri qayıdacağı təqdirdə vaxtilə burada yaşamış azərbaycanlıların da Ermənistana yerləşməli olduğu şərtini irəli sürüb”.

KONKRET.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi, publisist Vardan Artunyan deyib:

“Azərbaycan tərəfi Qarabağ erməniləri ilə ümumi dil tapa biləcəyini iddia edir. Onlar hesab edir ki, ermənilər bu halda Qarabağda rahat yaşamağa davam edəcəklər. Rəsmi Bakı Qarabağ məsələsini köklü şəkildə həll etmək niyyətindədir ki, illər sonra bir daha problem yaşanmasın. Bəzi dövlətlər bizi müharibəni qızışdıran ölkə kimi tanıyır. Hətta bəziləri bir qədər irəli gedərək bəyan edirlər ki, Ermənistan olmasaydı, bölgədə daim sülh hokum sürərdi. Diqqət yetirin, Azərbaycanın qonşuları ilə heç bir problemi yoxdur. Amma Ermənistan öz qonşularına başağrısı gətirir”.

Erməni hüquq müdafiəçisi deyib ki, artıq bundan əl çəkməyin vaxtı çatıb:

“Qonşularımız bizim haqqımızda fərqli düşünməlidirlər. Ermənistanın problemi hələ 1988-ci ildən başlayıb. Həmin dövrdə bizim siyasətimizi əksər böyük dövlətlər dəstəkləyirdi. Amma 1990-cı illərin əvvəlində biz daha da dərinə getdik. Məsələ burasındadır ki, keçmiş hakimiyyətlər heç vaxt öz səhvlərini etiraf etməyiblər. Onlar etiraf etməlidirlər ki, müharibəni onlar həmin illərdə uduzmuşdular. Onlar müharibə meydanında deyil, diplomatiyada məğlub olmuşdular”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*