Bir ay davam edən fasilədən sonra bu gün Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü baş tutacaq.
KONKRET.az xəbər verir ki, rusiyalı şərqşünas və türkoloq Viktor Nadein-Raevski görüşün tərəflərə heç bir irəliləyiş gətirməyəcəyini deyir.
Onun sözlərinə görə, bu, əvvəlki görüşlər zamanı əldə olunmuş razılaşmaları müzakirə etmək və ünsiyyət qurmaq üçün fürsət olacaq:
“Düşünürəm ki, belə bir görüş Paşinyanla Ərdoğan arasında son telefon danışığı zamanı razılaşdırılıb. Türkiyə tərəfi bu görüşü Ermənistana böyük addım kimi təqdim edir. Lakin bu gün Ermənistan-Türkiyə münasibətlərinin öz gündəliyi yoxdur və Ermənistan-Azərbaycan Sülh Müqaviləsi imzalanması prosesindən birbaşa asılıdır.
Hamı bilir ki, Türkiyə ildə bir dəfə keçirilən görüşlərlə müvafiq proseslər baş verənə qədər prosesi imitasiya edir. Bu, erməni tərəfinin qəbul etdiyi, lakin danışıqlar yolu ilə bunu dəyişə biləcəyi ümidi ilə, Ermənistanla münasibətlər məsələsində Türkiyəni Azərbaycandan ayırmaq istəyən klassik ilkin şərtləri olan bir prosesdir”.
O hesab edir ki, görüşün diqqətəlayiq xəbəri tərəflərin sərhəddə görüşüb tənzimləmələri müzakirə etməsi olacaq. “Ola bilsin ki, sazişin o vaxta qədər imzalanacağına ümid edilir, məhz bu baxımdan bəzi yeni tarixlərin müəyyən edilməsinə ümid edilir. Lakin bu, aydın şəkildə cızılmış proses deyil, müşahidə etdiyimiz kimi, prosesdə yeni problemlər, ziddiyyətli məqamlar ortaya çıxır. Ona görə də hesab edirəm ki, Türkiyə hakimiyyət orqanlarının qərarı nəticəsində Ermənistan-Türkiyə gündəmi ciddi deyil. Erməni tərəfi bunu anlayır, lakin başqa variantı nəzərdən keçirmir və daim Türkiyədən addımlar gözləmək rolundadır”, – analitik bildirib.
“Türkiyə ilə nizamlanma prosesi Azərbaycanın Ermənistana öz tələblərini yeritməsi prosesində bir rıçaqdır. Bütün digər görüşlər, müzakirələr obyektiv nəticə vermir, çünki siyasət bu mövqedən həyata keçirilir. Əgər bu əsas deyilsə, o zaman sərhəd açılmalı idi”, – deyə o bildirib.
Natiq Səlim,
KONKRET.az