Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək – SƏBƏBbackend

Ermənistan parlamentinin növbədənkənar iclası keçiriləcək - SƏBƏB

Ermənistan deputatları sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri ilə bağlı parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu təşəbbüsü parlamentdəki “Ermənistan” bloku və “Şərəfim var” fraksiyası irəli sürüb.

Onlar aprelin 9-dan başlayaraq dörd günlük müddətin ilk əsas toplantısında fövqəladə iclas çağırmaq, sərhədin delimitasiyası və demarkasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasının işinin erməni tərəfdən koordinatorunu, Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanı dəvət etmək qərarına gəliblər.

Müxalifətin fikrincə, “Ermənistan hakimiyyətinin Tavuşda keçiriləcək proseslərdən əvvəl verdiyi bəyanatlar onun beynəlxalq normalara və ölkə Konstitusiyasının tələblərinə zidd keçiriləcəyini sübut edir”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*