Simonyan əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Facebook səhifəsində yazıb.
Dünən xəbər verdiyimiz kimi, Simonyan hökumət iqamətgahı ərazisində, evinin yaxınlığında yıxılaraq dirsəyindən xəsarət alıb.
“Əziz dostlar, internetdə səs-küy və müxtəlif fərziyyələrə yol verməmək üçün nəzərinizə çatdırım ki, mən məşq zamanı yıxıldım və qolumu sındırdım.
Bunun üçün də əməliyyat lazımdır. Çoxlu məktublara və zənglərə görə təşəkkür edirəm”, – deyə erməni spiker bildirib.
Məlumata görə, bu gün o, dirsəyindən əməliyyat olunub.
Xuraman Etibarlı,
KONKRET.az
