Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldıbackend

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Mayın 28-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdirilən Rusiyanın “Tor-M2KM” zenit-raket sistemləri Ermənistan tərəfindən nisbətən bu yaxınlarda alınıb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan deyib.

“Parad zamanı bu yaxınlarda aldığımız Rusiyanın “Tor” raketlərini gördünüz”, – Asryan bildirib.

Qeyd edək ki, mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistan, Rusiya, Fransa, Hindistan, Çin, İran və Belçika istehsalı olan hərbi texnika və silahlar nümayiş etdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*