Ermənistan Milli Təhlükəsizlik və Müdafiə Şurası müxalifətin parlament binasını ələ keçirə biləcəyi barədə məlumat yayıb.
KONKRET.az xəbər verir ki, etirazçılar Paşinyanın istefası tələbi ilə Fransa meydanından Ermənistan parlamentinin binasına doğru hərəkət edir.
Artıq bir neçə həftədir ki, ölkədə etiraz aksiyaları keçirilir.
Müxalifət liderləri qanun çərçivəsində sərt davranacaqlarını dəfələrlə bəyan ediblər.
Ermənistan parlamenti hər tərəfdən təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Xatırladaq ki, parlamentdə baş nazir Nikol Paşinyanın ənənəvi olaraq iştirak etdiyi hökumət saatı təyin edilib.
Ermənistan parlamentinin binası və ona yaxınlaşmalar ciddi mühafizəyə götürülüb.
Tezliklə burada müxalifətin mitinqi başlayacaq.
Xuraman Etibarlı,
KONKRET.az
