“Ermənistan Ukraynaya qarşı Rusiya-İran təcavüzünün mühüm iştirakçısıdır” – “Sofia Globe”backend

"Ermənistan Ukraynaya qarşı Rusiya-İran təcavüzünün mühüm iştirakçısıdır" - "Sofia Globe"

“Ermənistan Ukraynaya qarşı Rusiya-İran təcavüzünün mühüm iştirakçısıdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstanın ən böyük KİV-lərindən olan ingilisdilli “Sofia Globe” nəşri məqalə dərc edib.

Nəşr yazır: “Ukraynanın enerji infrastrukturunu bombalayan, ölkəni və qonşu Moldovanı işıqsız qoyan pilotsuz təyyarələr İran İslam Respublikasından Ermənistan  vasitəsilə Rusiya Federasiyasına gətirilir”.

Bolqarıstan nəşri “New Eastern Europe” jurnalının məlumatlarına istinad edərək qeyd edir: “Ayətullahlar Putini Ukraynaya qarşı müharibədə dəstəkləyirlər. Eyni zamanda İrəvandakı hakimiyyət orqanlarına malların və texnoloji yüklərin itaətkar tranzitçiləri rolu həvalə edilib. Ermənistan Moskvaya Aİ, ABŞ və Böyük Britaniya sanksiyalarından yan keçməyə kömək edir. Tehran Ermənistanın beynəlxalq və hərbi hava limanlarından İran istehsalı olan pilotsuz təyyarələri və raketləri daşıyır”.

“Moskva artıq bir neçə aydır ki, Ukraynanın enerji və su infrastrukturuna qarşı terror hücumları üçün Ermənistan ərazisində yerləşdirilən İran pilotsuz təyyarələri və raketlərindən istifadə edir.

Ermənistan Rusiya üçün sanksiyaya məruz qalmış malların təkrar ixracını həyata keçirən əsas mərkəz və Ukraynaya qarşı təcavüz üçün hərbi-texniki təchizat bazasıdır”, – nəşr qeyd edib.

Nəşr daha sonra Ermənistanın işinin bununla bitmədiyini, Rusiya-İran alyansı üçün hərbi-logistik baza olduğunu bildirib.

“İrəvandakı hakimiyyət getdikcə daha çox siyasi və iqtisadi cəhətdən Kremllə yaxınlığa davam edir. Yeni İran-Ermənistan paktında sonuncuya əsasən tranzit və logistika ərazisi rolu verilir”, – deyə “Sofia Globe” fikrini yekunlaşdırıb.

Qeyd edək ki, “Sofia Globe” Bolqarıstanın beş ən böyük onlayn xəbər resursundan biridir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*