Ermənistanda 50 KİV redaktoru Paşinyana qarşı çıxdıbackend

Ermənistanda 50 KİV redaktoru Paşinyana qarşı çıxdı

Baş nazir Nikol Paşinyanın mətbuat konfransına sual göndərməkdən imtina edən erməni KİV redaktorlarının sayı 50-ni keçib.

KONKRET.az  xəbər verir ki, bu barədə informasiya “Novosti Armeniya” nəşrində yer alıb.

Xatırladaq ki, daha əvvəl 30-dan çox KİV sual göndərməkdən imtina etdiklərini bildirmişdilər.

“Təcrübə göstərir ki, belə “onlayn əlaqə”lər hazırlanmış ssenari üzrə baş verir və bu tədbirlərdə suallar əsasən hökumətyönlü media tərəfindən qaldırılır. Telegram kanalları, blogerlər isə tədbirin təşkilatçıları ilə öncədən razılıq əldə edir. Çünki bilirlər ki, suallarına məhəl qoyulmayacaq, ya da redaktə olunacaq”,- deyə mənbə qeyd edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*