“Alen Simonyana qarşı proses başlayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin dünənki iclasında Ermənistan parlamentinin sədri Alen Simonyanın davranışı və əxlaqı müzakirə olunmayıb. Təbii ki, Simonyanın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan tərəfindən vəzifədən geri çağırılmasından da söhbət gedə bilməzdi.
Buna baxmayaraq, hakim fraksiyasının bir qanadı parlamentin spikerinə qarşı həm “Facebook”da statuslar, həm saxta, həm də ictimai müsahibələr vasitəsilə həyata keçirilən proses yaratmaq qərarına gəlib.
Məlumata görə, Alen Simonyana qarşı prosesi Hayk Konjoryan öz üzərinə götürüb. O, partiya sıralarına Alen Simonyan tərəfindən gətirilib və hakim fraksiya rəhbərliyində irəli getməyə çalışır.
Parlamentdəki mənbələr Konjoryanın spikeri postuna özünün can atdığını deyir”, – deyə qəzet qeyd edir.
Xuraman Etibarlı,
KONKRET.az
