Ermənistanda BİABIRÇILIQ – Çörəyi TƏHQİR ETDİLƏR – FOTObackend

Ermənistanda BİABIRÇILIQ - Çörəyi TƏHQİR ETDİLƏR - FOTO

Ermənistanda bir bu qalmışdı, onu da etdilər – çörək təhqir olundu.

KONKRET.az xəbər verir ki, hər şeyi oğurlamaqda mahir ermənilər Azərbaycan lavaşını da öz milli rəmzlərindən hesab edirlər. “Milli rəmz” hesab etdikləri Azərbaycan lavaşını elə torpaqlarımızı 30 il ərzində saxladıqları kimi qoruyurlar.

Belə ki, yaxın vaxtlarda İrəvandakı Qabriel Sundukyan adına Dram Teatrında “İrəvanda dibinə qədər yalan” tamaşası göstəriləcək.
Tamaşanın ssenarisi Ermənistanda yaxşı həyat axtaran dörd nəfərdən bəhs edir. Əsas rolları “Comedy Woman” aktyorları ifa edirlər:

Yekaterina Varnava, Natalya Yeprikyan, Aleksandr Qudkov və Yevgeni Borodenko.

Bu tamaşa afişası ilə bağlı ən səs-küylü qalmaqalın mərkəzində olduğunu iddia edir. Afişada ənənəvi “erməni” lavaşları ilə öz “ləyaqətlərini” ört-basdır edən çılpaq aktyorlar yer alıb. Bu, sadəcə olaraq biabırçılıq və çörəyə olunan təhqirdir. Lavaşı “minillik tarixə malik kimliklərinin simvollarından biri” sayan ermənilər ona belə hörmət qoyur.

Qeyd edək ki, erməni apostol kilsəsi çörəyin təhqir olunmasına diqqət çəkib və fotonu özünün FB səhifəsində paylaşıb.

“İndi də çörəyi murdarladılar”, – kilsədən yazıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*